-
- 11-09-2024, 14:08
- 265
Kahramanmaraşda Heydər Əliyev adına MƏKTƏB AÇILIR
Fevralın 6-da baş verən zəlzələlərdən sonra Azərbaycan xalqı Türkiyəyə hər sahədə dəstək olub.
News24.az "Haber Global"-a istinadla xəbər verir ki, Naxçıvanda 25 sentyabr 2023-cü il tarixdə imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Kahramanmaraş vilayətində mənzil, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisinə dair Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qərar noyabr ayında Rəsmi Qəzetdə dərc edilib.
May ayında Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bölgəyə səfər edib. Əsədov deyib: “Biz Kahramanmaraşda Azərbaycanın və liderimiz Heydər Əliyevin adını yaşatırıq. Biz Azərbaycan məhəlləsinin tikintisini 2025-ci ilin fevralına qədər başa çatdırmağı qarşıya məqsəd qoymuşuq".
İbtidai məktəb Azərbaycan bulvarı ilə Heydər Əliyev bulvarının kəsişdiyi Hayrullah Məhəlləsində məktəb və məscid kimi əraziləri özündə birləşdirən 1000 evlik məhəllənin ilk binasıdır.
Məhəllə yaşayış, ticarət, mədəniyyət sahələri və məscidlər kimi bütün imkanları ilə birlikdə 1 milyon 800 min kvadratmetr sahəyə sahib olacaq.
Məryəm İlhamqızı