Mauro İkardi "Fənərbağça" ilə derbi görüşündə meydana çıxacaq?
    • 11-09-2024, 21:43
    • 509

Mauro İkardi "Fənərbağça" ilə derbi görüşündə meydana çıxacaq?

"Qalatasaray" klubunun argentinalı ulduz futbolçusu Mauro İkardi "Fənərbağça" ilə derbi görüşündə meydana çıxa bilməyəcək.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədəli olmasıdır.

Okan Buruk "Fənərbağça" ilə görüşdə Viktor Osimhenə şans verəcək. Mitçi Batşuayi isə qarşılaşmaya ehtiyat heyətdə başlayacaq.

Qeyd edək ki, sentyabr ayının 21-də keçiriləcək "Fənərbağça" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.