-
- 11-09-2024, 22:25
- 495
4 uşaq anası sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ
Türkiyədə ötən gün Əhməd Yəsəvi küçəsində yerləşən masaj salonunda dəhşətli hadisə baş verib.
News24.az xəbər verir ki, masaj salonu sahibi Vedat D. iş yerinə çatanda açarın qapıda olduğunu görüb.
Vedat D. içəri girərək işçisi, 4 uşaq anası Elif Ceren Arslanı qanlar içində yerdə tapıb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həkimlər Elif Ceren Arslanın döş nahiyəsindən çoxsaylı bıçaq zərbələri aldığını müəyyən edib. Arslanın cəsədi yarılma üçün Konya Ədliyyə Tibb Təşkilatına aparılıb.
Asayiş Şöbəsi Cinayət Bürosu qrupları hadisə ilə bağlı araşdırma başlataraq, Arslanın bir neçə gündür masaj salonunda qaldığını və onu döyən keçmiş sevgilisi Emrah Demirkıran haqqında həbs qətimkan tədbiri aldığını müəyyən edib. Şübhəli olaraq saxlanılan Demirkıran qətli törətdiyini etiraf edib.
Polis bölməsində əməliyyatları tamamlanan Emrah Demirkıran ədliyyəyə sövq edilib.
Məryəm İlhamqızı