Həbs edilən Narinin əmisi üçün yeni qərar
    • 11-09-2024, 16:57
    • 353

Həbs edilən Narinin əmisi üçün yeni qərar

Narin Güranın ölümü ilə bağlı istintaq davam edir.

News24.az xəbər verir ki, istintaq çərçivəsində indiyədək iki məhbus var.

Saxlanılanlardan biri Narının əmisi, kənd rəisi Səlim Gürandır. Saxlanılan digər şəxs isə Narinin cansız cəsədini dərə yatağında basdırdığını etiraf edən Nevzat Bəxtiyardır.

Həbsdə olan 22 nəfər sabah ədliyyəyə sövq ediləcək.

Qeyd edək ki, Türkiyəni şoka salan qətl hadisəsi hər tərəfi ilə araşdırılarkən Narinin həbs olunan əmisi ilə bağlı yeni qərar verilib. O, vəzifəsindən uzaqlaşdırılıb. Rayon idarə heyətinin qərarı ilə birinci üzv müvəqqəti olaraq muhtar təyin edilib.

Günel Məlikzadə