-
- 11-09-2024, 23:25
- 410
92 yaşında İLK DƏFƏ EVLƏNDİ
Rostov vilayətində bütün ömrünü subay kimi yaşamış 92 yaşlı rus kişi ilk dəfə evlənib.
News24.az xəbər verir ki, bu barədə regional qeydiyyat şöbəsi məlumat yayıb.
Bildirilib ki, cütlük nikahlarını Rostov-na-Donuda Voroşilovski rayonunun qeydiyyat şöbəsində qeydə alıb. Əvvəllər heç vaxt evlənməmiş 92 yaşlı bəy növbəti ad gününü evli kişi kimi qeyd etmək qərarına gəlib.
Onun seçdiyi şəxsin 55 yaşı olub. Kişi onu qadın standartının təcəssümü adlandırıb və o, ərini ən mehriban, ən həssas və sevən hesab edib.
Məryəm İlhamqızı