-
- 11-09-2024, 17:43
- 362
Vəhşi arıların hücumu nəticəsində öldü
Sinopun Türkeli rayonunda arıların hücumuna məruz qalan Həsən Güney həyatını itirib.
News24.az xəbər verir ki, əldə edilən məlumata görə, rayonun Akçabük kəndində yaşayan Güney evinin bağçasında işləyərkən vəhşi arıların hücumuna məruz qalıb.
Güneyin bir müddət sonra xəstələnməsi ilə yaxınları sağlamlıq qruplarına xəbər verib.
Sağlamlıq qrupları tərəfindən Türkeli Dövlət Xəstəxanasına aparılan Güney, müdaxiləyə baxmayaraq həyatını itirib.
Məryəm İlhamqızı