Relslərin yanında şəkil çəkdirmək istədi, qatar vurdu
    • 11-09-2024, 18:29
    • 275

Relslərin yanında şəkil çəkdirmək istədi, qatar vurdu

Relslərin yaxınlığında foto çəkdirən gənc qızı sürət qatarı vurub. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, hadisə Gürcüstanda yaşanıb. 

Tbilisi şəhəri yaxınlığında Nini Lomidze adlı qadın foto çəkdirərkən sürət qatarı tərəfindən vurulması kameraya düşüb.  vakansiya

Kadrlarda qırmızı paltarda olan Lomidzenin şəkil çəkdirmək üçün qatar relslərinə yaxınlaşdığı görünür. Qatar maşinisti qadına xəbərdarlıq etmək üçün səs siqnalını çalır, lakin Lomidze saçını və paltarını düzəltməyə davam edir. O, qatar yaxınlaşarkən poza verir. Bir neçə saniyə ərzində qatar onu vurur və qadını yerə yıxılır. Dostları hadisənin şokundan qışqırmağa başlayır. 

Lomidze qəzadan sonra bu sözləri deyib:

"Mən yaxşıyam, bu, sadəcə qəza idi. Mən relslərdən istifadə olunduğunu bilmirdim. Qatarın gəldiyini anlayanda artıq çox gec idi". 

Qeyd edək ki, bu hadisə ötən ilin iyununda Meksikada baş vermiş oxşar olayı bir daha yada salıb. Orada 29 yaşlı qadın selfi çəkmək üçün relslərə çox yaxınlaşdıqdan sonra buxar qatarının onu vurması nəticəsində həlak olub.

Bu cür hadisələr qatar relsləri ətrafında fotoşəkil çəkməyin təhlükələri barədə ağrılı bir xatırlatmadır.