-
- 12-09-2024, 10:38
- 289
Azərbaycanda qısqanc kişi sevgilisinə işgəncə verib
Bakı Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Qasım Qasımovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
News24.az pravda.az-a istinadla xəbər verir ki, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, 1995-ci il təvəllüdlü Qasım Qasımov 2023-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evlərin birində və həmin ünvandakı binanın qarşısında sevgilisi, zərərçəkmiş Maya Fərəcovanı (şərti) qısqanclıq zəminində, habelə qadının ondan ayrılmasını bəhanə edərək döyərək əzab verib.
Belə ki, o, Mayanı dəfələrlə yumruqla vurub, cəzalandırmaq məqsədi ilə siqaretin ucunu onun alt dodağına basıb, saçından tutub dartıb və sifət nahiyəsinə əli ilə, təpiklə sağ ayağına, habelə yumruqla sol qoluna və bel-omba nahiyəsinə zərbələr endirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Qasım Qasımov 2 il müddətinə azadlıqdan məhrum edilib.