Bakının mərkəzində ofis binasında faciə
    • 12-09-2024, 11:42
    • 296

Bakının mərkəzində ofis binasında faciə

Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binalardan birində bədbəxt hadisə baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik cərəyanı vurub.

Belə ki, R.İbrahimov elektrik işləri görən zaman bədbəxt hadisə yaşanıb. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.