-
- 12-09-2024, 13:25
- 388
Paytaxtın qaranlıq yolları nə vaxt aydınlanacaq? - AÇIQLAMA
Bildiyimiz kimi, Bakının bəzi küçələrində axşam saatlarında işıqlandırma problemi olur. Bu problem daha çox piyada keçidlərində özünü göstərir ki, bu da yol-nəqliyyat hadisələrinə səbəb olur.
Bu barədə daha ətraflı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, paytaxtda işıqlandırmanın zəif olduğu bir çox yerlər mövcuddur:
"İşıq məsələsi ciddi problemlər yaşadır. Gecə vaxtı qəzaların olması, piyadaların vurulması, digər fəsadlar qaranlıqla bağlı olur. Əsasən də yaxşı işıqlandırılmayan piyada keçidlərində piyadaların vurulması ilə bağlı nəqliyyat hadisələri baş verir. Adi yollarda, magistrallarda işıqlandırma sistemi daha yaxşı olar, amma kəsişmələrdə, birləşmələrdə, körpülərdə, döngələrdə bu daha vacibdir", - deyə ekspert qeyd edib.
Məryəm İlhamqızı