Məşhur musiqiçi bir qadının həyatını belə qurtardı
    • Bu gün, 15:46
    • 79

Məşhur musiqiçi bir qadının həyatını belə qurtardı

Məşhur amerikalı musiqiçi Con Bon Covi ABŞ-ın Tennessi ştatında körpüdə intihara cəhd edən qadını hərəkətindən əl çəkməyə razı salıb.

Nashville polisi video çəkmək üçün körpüdə olduğu güman edilən Covinin intihara cəhd edən qadını razı saldığı anların görüntülərini yayımlayıb.

News24.az xəbər verir ki, görüntülərdə Covi və yanındakı qadının Tennessi ştatının Nashville şəhərində piyadalar üçün açıq olan Con Seigenthaler körpüsünün məhəccərlərində dayanan qadına yaxınlaşaraq onunla qısaca söhbət etdikləri görünür.

Maraqlıdır ki, bu çıxışdan sonra qadın məhəccərləri tərk edərək Covini qucaqlayıb və hadisə yerindən uzaqlaşıb.

Nashville polisinin X hesabında edilən paylaşımda Covi və komandası qadını razı saldıqları üçün təriflənib.

Günel Məlikzadə