Əti yumuşaq bişirməyin YOLLARI
    • 13-09-2024, 19:12
    • 539

Əti yumuşaq bişirməyin YOLLARI

Yemək hazırlayarkən bəzən reseptdən kənara çıxmaq, müxtəlif üsulları sınamaq yeməyin dadını və keyfiyyətini yaxşılaşdıra bilər. Xüsusilə ət yeməkləri hazırlamaq üçün müəyyən məsləhətlər var. Bişirmə prosesində ətin yumşalması onun dadını artırır və yemək həzzini artırır. 

News24.az yumşaq ət bişirməyin təbii üsullarını təqdim edir:

Mineral su: Mineral su, tərkibindəki minerallar ilə əti suyunda saxlayır və bişirilərkən yumşaldır. Eyni zamanda mineral suyun turşulu olması ətin bişərkən bərkləşməsinin qarşısını alır. Əti bişirdiyiniz qazana 1 stəkan mineral su əlavə etmək ətin tez yumşalması üçün kifayət edər.

Süd: Mineral su kimi süd də bişərkən ətin daha asan yumşalmasına kömək edir, suyunu tamamilə buraxaraq bərkiməsinin və qurumasının qarşısını alır. Ancaq yeganə fərq var ki, süd daha az miqdarda istifadə olunur. Ət bişərkən qazana az miqdarda süd əlavə etdikdə ətin dadı artır və yumşaq olur.

Zeytun yağı: Ətin daha yumşaq olması üçün zeytun yağı ət bişərkən deyil, bişməzdən əvvəl istifadə edilməlidir. Boşqaba zeytun yağını töküb əti onun içərisinə qoyun. Əti yağla qarışdırdıqdan sonra boşqabın üstünü örtüb 1-2 saat soyuducuda saxlayın.

Məryəm İlhamqızı