Manatın məzənnəsi ilə bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR - Bu tarixdən etibarən...
    • 13-09-2024, 15:03
    • 12 360

Manatın məzənnəsi ilə bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR - Bu tarixdən etibarən...

Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq. Bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in ölkə ilə bağlı proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir. Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir. EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır.

Maraqlıdır, bu proqnoz özünü nə dərəcədə doğrulda bilər?

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, manatın məzənnəsinin müəyyənləşdirilməsi Azərbaycan hökumətinin qərarından asılıdır:

“Dollara tələbin artmasının səbəbi manatın məzənnəsinin dəyişməsinə mane olmaqdır. Bəziləri düşünür ki, yaxın zamanlarda dolların qiyməti bahalaşacaq, hətta bəzi rəqəmlərdən də danışırlar. Dolların 2 manata qədər bahalaşacağını bildirirlər. Ötən ilin eyni dövrü ilə müqayisədə hazırda dollara tələb 2,1 dəfə artıb. Unutmamaq lazımdır ki, bu gün dünya bazarında neftin qiyməti 70-80 dollar, bəzi hallarda 90 dollara qalxır. Buna görə də, Mərkəzi Bankın valyuta ehtiyatları azalmır. Bu ilin yanvar ayı ilə müqayisədə az da olsa, Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 0,7 faiz artıb”.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları azalmaq əvəzinə artıb. Valyuta ehtiyatları neft satışından gələn vəsaitlər hesabına daha da artıb, çünki neftin qiyməti hazırda normaldır: “Növbəti dövrlərdə Manatın məzənnəsinin dəyişməsi Azərbaycan hökumətinin qərarlarından asılı olacaq. Azərbaycan hökumətinin də manatın məzənnəsini bu səviyyədə saxlamaq üçün kifayət qədər imkanları var. Yəni hökumətin belə bir imkanı ola-ola niyə manatın məzənnəsini qaldırsın?”

Akif Nəsirli əlavə edib ki, manatın məzənnəsi o zaman dəyişər ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə enər. Belə bir halın da yaxın aylarda baş verəcəyi proqnozlaşdırılmır.

Aqil Qarayev