1 milyard izləyiciyə çatan ilk idmançı açıqlandı
    • Bu gün, 15:32
    • 94

1 milyard izləyiciyə çatan ilk idmançı açıqlandı

Futbol dünyasının əfsanəvi adı Kriştiano Ronaldo, bu ay meydanda 900 karyera hədəfinə çataraq futbolda bir ilkə imza atıb. 

News24.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial mediada 1 milyard izləyiciyə çatır.

Ronaldo bütün əsas sosial media platformalarında 1 milyard ümumi izləyiciyə çatan ilk şəxs olub. Keçən ay açdığı YouTube kanalında bu mühüm anı paylaşan ulduz futbolçu, izləyiciləri ilə birlikdə həyəcan yaşadı.

Kriştiano Ronaldonun YouTube kanalı açıldığı ilk gündə 15 milyon abunəçiyə çatıb və bir həftə ərzində bu rəqəm 50 milyona yüksəlib. Hazırda kanalın abunəçi sayı 60 milyonu ötüb.

Ronaldo bu mühüm nailiyyəti belə təsvir edib: “Biz tarix yazdıq – 1 MİLYARD izləyici! Bu, sadəcə bir rəqəm deyil; ortaq qətiyyətimizin və oyuna olan sevgimizin sübutudur. Madeyra küçələrindən tutmuş dünyanın ən böyük səhnələrinə qədər mən həmişə ailəm və sizin üçün oynamışam. İndi biz 1 milyard insan olaraq bir yerdəyik”. 


Günel Məlikzadə