"Qalatasaray"dan istefa verdi - FOTO
    • Bu gün, 15:37
    • 72

"Qalatasaray"dan istefa verdi - FOTO

"Qalatasaray" İdarə Heyətinin üzvü Əli Yücenin ardından futbol direktoru Cenk Ergün də istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Ergünün açıqlaması belədir:

“Bu gün İdarə Heyətinin sədri cənab Dursun Aydın Özbekə yazılı şəkildə bildirdiyim kimi, klubumuzdakı peşəkar vəzifəmdən istefa verdim.

Mövcud vəziyyətin klubuma xələl gətirməməsi və adımın daha da gözdən salınmaması üçün verdiyim qərarı sizinlə bölüşürəm.

Bildirim ki, yaxın günlərdə geniş açıqlama verəcəyəm və ictimaiyyətə təqdim edəcəyəm”.

Günel Məlikzadə