Dəniz ulduzunun yeni növü KƏŞF EDİLDİ
    • 13-09-2024, 23:45
    • 413

Dəniz ulduzunun yeni növü KƏŞF EDİLDİ

Tokio Universitetinin alimləri dəniz ulduzunun yeni növünü - Paragonaster hoeimaruae kəşf ediblər. 

News24.az xəbər verir ki, onun parlaq qırmızı üstü və bej bazası var. 

Tədqiqatçılar öz kəşflərini Journal of Natural History (JNN) jurnalında dərc olunan məqalədə daha ətraflı təsvir ediblər.

Qeyd edək ki, 2021 və 2023-cü illər arasında tədqiqatçılar karides və xərçəng qablarından və trol şəbəkələrindən istifadə edərək dəniz ulduzu nümunələrini toplayıblar. Yeni növün ilk dəniz ulduzu Hoei-maru balıqçı gəmisindən tutulub və növə bu gəminin şərəfinə Paragonaster hoeimaruae adı verilib.

Bu növ özünəməxsus rənglənməsi ilə fərqlənir - parlaq qırmızı "ön" tərəfi və bej bazası. Dəniz ulduzu, əvvəllər Yapon sularında tapılan digər dörd növdən tanınan Pseudarchasteridae ailəsinə aiddir.

Məryəm İlhamqızı