-
- 14-09-2024, 19:53
- 818
Benzin və dizel ilə bağlı MÜHÜM XƏBƏR - SİYAHI
Bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 443,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.
News24.az bildirir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,1 dəfə, ağ neft istehsalı 12,1%, sürtkü yağları istehsalı 9,7%, neft bitumu istehsalı 2,6%, avtomobil benzini istehsalı 2,3%, dizel yanacağının istehsalı isə 1,2% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə neft koksu istehsalı isə 13,9% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 973,4 | 102,3 | 23,0 |
Ağ neft, min ton | 430,7 | 112,1 | 35,6 |
Qazoyllar (dizel yanacağı), min ton | 1565,4 | 101,2 | 147,3 |
Mazut, min ton | 26,6 | 5,1 d. | 1,2 |
Sürtkü yağları, min ton | 43,9 | 109,7 | 6,3 |
Maye qazlar, min ton | 132,5 | 83,0 | 0,8 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 747,6 | 101,3 | 37,9 |
ondan: | |||
neft bitumu, min ton | 175,9 | 102,6 | 10,9 |
neft koksu, min ton | 138,4 | 86,1 | 24,1 |