2 neft tankeri eyni anda partlayıb.

News24.az İran Dövlət Televiziyasına istinadən xəbər verir ki, partlayış Oman körfəzində xam neft daşıyan tankerlərdə baş verib. Hadisədən sonra tankerlər körfəz ətarfındakı ölkələrə kömək üçün müraciət edib. Müraciətdə tankerlərdən birinin batmaq üzərə olduğu deyilsə də daha sonra yayılan məlumatda "Kokuka Courageous" adlı tankerin batma təhlükəsinin olmadığı, heyətin təxliyyə olunduğu və bir nəfərin yüngül xəsarət aldığı açıqlanıb. 

Məsələ ilə bağlı açıqlama verən ABŞ donanması gəmilərinin həmin ərazidə olduğunu və kömək etdiklərini bildirib.