-
- 14-09-2024, 23:57
- 443
“YouTube”da yeni dövr: Videonu dayandırdığınız zaman reklam göstərəcək
Çox reklam göstərdiyi üçün istifadəçilər tərəfindən tənqid edilən “YouTube” reklam sayını artırmaq qərarına gəlib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, artıq bundan sonra videonu dayandıran istifadəçilərə də reklam göstəriləcək.
Dünyanın ən məşhur video paylaşma şəbəkəsi olan “YouTube” son vaxtlar reklam gəlirlərini artırmaq üçün yeni yollar axtarır.
“YouTube Premium” abunəçilərinə heç bir reklam göstərməyən platforma pulsuz abunəçiləri reklamlarla doldurmağa başlayıb.
“Google”un istifadəçiləri hiddətləndirəcək bu reklam strategiyasının əsas məqsədi isə istifadəçilərin ödəniş edərək “YouTube Premium”a keçməsinə nail olmaqdır.