ŞAD XƏBƏR! Bu şəxslərə Uşaqpulu veriləcək
    • 14-09-2024, 19:02
    • 359

ŞAD XƏBƏR! Bu şəxslərə Uşaqpulu veriləcək


Ölkədə müzakirə olunan əsas məsələlərdən biri də uşaqpulunun verilməsidir. Bu mövzu ictimaiyyətdə tez-tez gündəmə gəlir.

Əsasən gənc ailələr artan qiymətlər fonunda körpələrin ehtiyaclarının təmin olunmasında çətinlik çəkdiklərini bildirirlər. Bu səbəbdən zaman-zaman müvafiq yaşa qədər uşaqların yetişdirilməsinə dəstək üçün müəyyən yardımın ödənilməsi təklif olunur.

Ölkədə uşaqpulunun verilməsi real görünürmü? Bu, hansı hallarda baş verə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, ölkədə bəzi şəxslər uşaqpulu alır.

O deyib ki, bu gün Azərbaycanda dövlət yalnız həssas qruplara aid olan uşaqlara pul ödəyir:

“Bu qrupa aşağıdakı kateqoriyaqlara aid uşaqlar daxildir:


– 18 yaşadək əlilliyi olan şəxslər (50 min uşaq),

– ailə başçısını itirmiş uşaqlar (166 min uşaq),

– aztəminatlı ailələrdəki uşaqlar (160 min uşaq),

– 3 yaşadək uşaqlara qullu edən işləyən valideynlər (35 min uşaq üçün)

– uşağın anadan olmasına görə birdəfəlik müavinət verilənlər (120 min uşaq üçün),

– şəhid ailələrinin, müharibə əlillərinin, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları (30 min uşaq),

– 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (50 min şəxs) daxildir”.

2024-cü ilin dövlət büdcəsindən ölkədə həmin qrupdan olan 10 kateqoriya üzrə 611 min uşağa 650 milyon manat uşaqpulu veriləcək.

Sabiq nazir ölkədəki bütün uşaqlara uşaqpulunun ödənilməməsinə aydınlıq gətirib:

“Cəmiyyətdə son illər ən çox verilən bu sualın cavabını hər kəs öz bildiyi, başa düşdüyü şəkildə izah etməyə çalışır. Kimlərsə dövləti buna görə ciddi ittiham edir və digər ölkələrin “uşaqpulu” nümunələrinə diqqət çəkərək, “niyə bizdə uşaq pulu verilmir?”,- deyə tənqidlər səsləndirilir. Fikrimcə, bu sualın Azərbaycan cəmiyyəti üçün bir cavabı var. Uşaqpulu məsələsi gündəmə gələndə dövlət ilk olaraq ölkədə demoqrafik vəziyyəti dəyərləndirir.

Əslində demək olar ki, uşaqpulu verilən əksər ölkələrdə demoqrafik durum acınacaqlı vəziyyətdədir. Yəni bu ölkələrdə ölənlərin sayı, doğulanların sayını üstələyir, bəzi ölkələr isə bu durumu gələn miqrantların hesabına bir qədər tənzimləyə bilirlər. Lakin bu onlar üçün həqiqi çıxış yolu deyil. Bəs bizdə demoqrafik vəziyyət necədir? Son 20 ildə əhalinin sayı 1 milyon 912 min nəfərə qədər artıb. Son 5 ildə əhalinin sayında 230 min nəfərdən çox artım qeydə alınıb. Pandemiyanın baş verdiyi 2019-2020-ci illər istisna olunmaqla Azərbaycanda son illər ərzində əhalinin sayında hər il orta hesabla 50-60 min nəfər təbii artım qeydə alınır. Düşünürəm ki, Azərbaycanda hökumətin uşaqpulu verməməsinin əsas səbəbi də budur”.

İqtisadçı deyib ki, bu istiqamətdə vəsait çatışmazlığından söhbət gedə bilməz:

“Azərbaycan geniş maliyyə imkanları olan ölkədir. Deməli, məsələnin yeganə izahı budur ki, dövlət ölkədəki demoqrafiq vəziyyəti nəzərə alıb, əhalinin sayının daha da artmasını məqsədəuyğun hesab etmir”.