Goranboyda 6 aylıq körpə yanıq xəsarətləri aldı
    • 15-09-2024, 19:04
    • 257

Goranboyda 6 aylıq körpə yanıq xəsarətləri aldı


Goranboyda ev yanıb.

News24.az bildirir ki, "Unikal"ın məlumatına görə hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus  ümumi sahəsi 95 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 2024-cü il təvəllüdlü Ö.Mamedov yanıq xəsarəti alıb. 6 aylıq körpə əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.