Rusiyada güclü zəlzələ baş verdi
    • 16-09-2024, 07:09
    • 503

Rusiyada güclü zəlzələ baş verdi


Sentyabrın 16-na keçən gecə Kamçatkanın şərq sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

Publika.az bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinə istinadən məlumat yayıb.

"Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 147 km cənub-şərqdə, Sakit Okeanın 18 km dərinliyində olub ", - məlumatda qeyd edilib

Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsi bu zəlzələnin məskunlaşan ərazilərdə hiss olunmamasına aydınlıq gətirib.

Sunami təhlükəsi elan olunmayıb.