Sentyabrın 17-si saat 13:00-a qədər... - Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ
    • 16-09-2024, 08:43
    • 4 844

Sentyabrın 17-si saat 13:00-a qədər... - Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ EDİLDİ

Bazar ertəsi, sentyabrın 16-da səhər Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq:

"Günortadan 19:00-a kimi biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik".

Tişkovets əlavə edib ki, axşam saatlarında qasırğa səngiyib, mülayimləşəcək, o, sentyabrın 17-si Bakı vaxtı ilə saat 13:00-a qədər davam edəcək.