-
- 16-09-2024, 10:29
- 265
Sərnişin avtobusu YANDI
Bu gün səhər saatlarında Çelyabinsk vilayətinin Miass şəhərində sərnişin avtobusu birbaşa ictimai nəqliyyat dayanacağında yanıb.
News24.az xəbər verir ki, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Xilasedicilər tez bir zamanda hadisə yerinə gəliblər. Hazırda orada yanğınsöndürmə idarəsinin mütəxəssisləri çalışır.
Verilən məlumata görə, avtomobil tamamilə yanıb və onu bərpa etmək mümkün deyil.
Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin Telegram kanalında verdiyi xəbərə görə, mühərrik bölməsində elektrik naqillərində qısaqapanma baş verib.
Məryəm İlhamqızı