"Tesla Cybertruck" sahibləri narazıdırlar: 10 min km belə..
    • 16-09-2024, 10:33
    • 261

"Tesla Cybertruck" sahibləri narazıdırlar: 10 min km belə..

Uzun müddətdir bazara çıxması gözlənilən və ilk tədarükləri edilən Tesla Cybertruck sahibləri bir müddətdir ki, üsyan edir...

News24.az xəbər verir ki, Cybertruck sahibləri avtomobillərinin qısa məsafələrdə təkərlərinin aşınmasından şikayətlənirlər. İstifadəçilər 10 min km belə getməyən avtomobillərinin təkərlərinin köhnəldiyini və yararsız hala düşdüyünü iddia edirlər.

Cybertruck Owners Club-ın üzvü üç aylıq Cybertruck avtomobilinin cəmi 10.061 kilometr getdiyini, lakin artıq təkərlərin dəyişdirilməsi ehtiyacı ilə üzləşdiyini bildirib. İstifadəçi təkərlərin aşınmasının istehsal qüsuru ola biləcəyini iddia edir.

Məsələ ilə bağlı şikayətlərini ictimaiyyətin müvafiq səhifəsində bildirən istifadəçi “Bu təkərlər xüsusi olaraq Cybertruck üçün istehsal edilib. Qısa müddətdə onların bu qədər ziyana uğraması bağışlanmazdır. Bu vəziyyəti müzakirə etmək üçün oktyabrın 1-də Tesla ilə görüş təyin etdim", deyə açıqlama verib.

Koloradoda yaşayan istifadəçi bildirir ki, yayda 10.000 kilometr yol qət etsə də, təkərlərin demək olar ki, yarısı köhnəlib. Bununla belə, təkərlərin aşınması Tesla kimi ağır elektrik avtomobillərində məlum problemdir.

Qeyd edək ki, avtomobilin çəkisi və onun güclü mühərriki təkərlərdə əlavə təzyiq yaradır. Tesla Cybertruck-un çəkisi demək olar ki, 3,2 tondur və bu, təkərlərin ömrünə mənfi təsir göstərən əsas amillərdən biri kimi önə çıxır.

Rivian kimi oxşar elektrik avtomobillərinin sahibləri də oxşar problemlərlə üzləşirlər. Avtomobilin çəkisi ilə yanaşı, sürücülük rejimləri də bu aşınmaya təsir göstərir. Tesla avtomobillərindəki "Soyuqlama rejimi" sürətlənməni məhdudlaşdırmaqla mühərrik reaksiyasını yumşaldır və beləliklə, təkərlərin aşınmasını minimuma endirir. Digər tərəfdən, 'Beast Mode' kimi yüksək performans rejimləri istifadə edildikdə, təkərlərdə daha çox aşınma müşahidə olunur.

Nəticədə, Tesla Cybertruck sahibləri avtomobilin çəkisi və güc performansı kimi amillərin təkərlərin ömrünü qısaldığını bildirərək şirkətdən bir həll gözləyirlər. Oktyabrın 1-də keçiriləcək görüşdən sonra tərəflərin bəyanatı gözlənilir.

Günel Məlikzadə