Narinin anasının dedikləri sosial mediada çaxnaşma yaratdı
    • 16-09-2024, 10:59
    • 332

Narinin anasının dedikləri sosial mediada çaxnaşma yaratdı

Türkiyəni çalxalayan Narin Güran qətlinin istintaqı Diyarbəkirdə hələ də davam edir. Anası Yüksel Güranın həftələr əvvəl lentə alınan videosunda bir detal böyük əks-səda yaradıb.

News24.az BAKU.WS-ə istinadən xəbər verir ki, ananın "Narın qaranlıqda qalmasın. Xahiş edirəm qızımı buraxın, onu bir küncə atın. Xahiş edirəm, qızıma göstərməyin. Qızım bunu bilir, dözə bilməz" ifadəsi çaşqınlığa səbəb olub. Gülistan Dokunun ailəsinin ziyarəti əsnasında ağlayan anası Yüksel Güran tərəfindən deyilən bu sözlər eşidənləri çaş-başa saldı. Sosial mediada diqqətli istifadəçilər tərəfindən paylaşılan görüntülərdə ananın bu ifadələri işlətdiyi görülüb.

Qeyd edək ki, 19 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətlinin istintaqında sirr pərdəsi hələ də açılmayıb. Qatil və ya qatilləri tapmaq üçün hər vəziyyəti dəyərləndirən ekspertlər aralarında ana, qardaş və əmi də daxil olmaqla məhbus şübhəlilərin ifadələrini alıblar. Ancaq ailə üzvlərinin verdiyi ziddiyyətli ifadələr Türkiyə gündəmində seysmik təsir yaradıb.