-
- 16-09-2024, 11:07
- 345
Ayseli oğlu öldürübmüş: Dəhşətli CİNAYƏT - FOTOlar
İstanbulun Beyoğlu qəsəbəsində Ercan Yıldız (22 yaş) adlı gənc bir evdə yaşadığı anası Aysel Yıldızı bıçaqlayarak öldürüb.
News24.az titul.az-a istinadən xəbər verir ki, anasının cəsədi ilə 3 gün eyni evdə qalan E.Yıldız, qonşuların şübhələnərək polisə xəbər verməyindən sonra saxlanılıb.
İddiaya görə, Ayselin iki-üç gün işə getməməsindən sonra yaxınları və qonşuları səhər saatlarında evlərinə gediblər. Qapını döyəndə qətl şübhəlisi oğlu açıb. O bildirib ki, anası evdədir. Lakin Ayseldən evdən bir səs çıxmayınca qonşuların şübhəsi artıb. Hər şey də məhz bundan sonra üzə çıxıb.
Məhəllə sakinlərinin sözlərinə görə Ercan narkotik maddə asılısı idi. O, anasını bıçaqlayaraq qətlə yetirdikdən sonra öldüyündən əmin olmaq üçün yastıqla da boğub.
Araşdırma davam etdirilir.