Ronaldo İraqa getməyəcək
    • 16-09-2024, 11:32
    • 466

Ronaldo İraqa getməyəcək

Kriştiano Ronaldonun Əl Əhli liqası matçından sonra xəstələndiyi açıqlanıb.

News24.az xəbər verir ki, Merih Dəmiralın komandası "Əl Əhli" ilə 1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra Ronaldonun xəstələnməsi narahatlıq yaradıb.

Dünya şöhrətli futbolçu ilə bağlı klubdan açıqlama verilib.

Al Nassr, virus infeksiyası diaqnozu qoyulan Kriştiano Ronaldonun Asiya Çempionlar Liqası matçı üçün İraqa gedə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, 39 yaşlı ulduz bu mövsüm meydana çıxdığı 5 rəsmi matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Günel Məlikzadə