Pəhriz saxlamadan arıqlamaq mümkündür: Alimlərdən möcüzəli kəşf
    • 16-09-2024, 11:46
    • 396

Pəhriz saxlamadan arıqlamaq mümkündür: Alimlərdən möcüzəli kəşf

Alimlər müəyyən ediblər ki, orqanizm pəhriz saxlamadan daha çox kalori yandıra bilir.

News24.az xəbər verir ki, Nottingham Trent Universitetinin tədqiqatçıları qəhvəyi yağ toxumasından PHD2 geninin çıxarılmasının orqanizmdə maddələr mübadiləsinin sürətlənməsinə səbəb olduğunu aşkar ediblər.

Nature Communications jurnalında dərc edilən nəticələr, geni olmayan siçanların əhəmiyyətli dərəcədə daha çox yemək yeməsinə baxmayaraq, PHD2 geni olanlara nisbətən 60 faiz daha çox kalori yandırdığını göstərib.

PHD2 NƏDİR?

PHD2 soyuq havada insanı isti saxlayan bir toxuma növü olan qəhvəyi piylərin tənzimlənməsində əsas rol oynayan gendir.

NTU Elm və Texnologiya Məktəbinin tədqiqatçısı Dr. Zoi Michailidou bildirib ki, tapıntılar piylənmə, 2-ci tip diabet və artıq çəki ilə əlaqəli digər xəstəliklərin müalicəsi üçün yeni üsullara yol aça bilər.

"Genin təsirinin azaldılması artıq çəki ilə 2-ci tip şəkərli diabet arasında əlaqəni poza bilər. Bu tapıntılar yüksək risk altında olan insanlar üçün çox vacibdir", - Michailidou deyib. 

Günel Məlikzadə