-
- 16-09-2024, 14:49
- 572
iPhone 16 iki gündə partladı
Apple keçən həftə iPhone 16 seriyasını ön sifariş üçün açdı. Qlobal bazarda iPhone 16 Pro və Pro Max üçün eyni vəziyyət görünmür.
News24.az xəbər verir ki, Pro modelləri üçün əvvəlcədən sifarişlər keçən il satışa çıxarılan iPhone 15 seriyası ilə müqayisədə əhəmiyyətli dərəcədə geri qalıb. iPhone 16 seriyasının ümumi satışları 37 milyon ədədə çatıb.
Qeyd edək ki, bu rəqəm ötənilki ilkin sifarişlərlə müqayisədə 12 faiz azalma deməkdir. Xüsusilə, iPhone 16 Pro Max-ın ilkin sifarişləri iPhone 15 Pro Max ilə müqayisədə 16 faiz azalıb. iPhone 16 Pro üçün əvvəlcədən sifarişlərin azalması 27 faiz daha da kəskin olub.
Eyni zamanda, iPhone 16 və iPhone 16 Plus modellərinin daha uğurlu olduğunu söyləmək mümkündür. iPhone 16 satışları keçən ilə görə 10% artıb, iPhone 16 Plus, iPhone 15 Plus ilə müqayisədə 48 faiz artım qeyd edib. Bununla belə, əsas iPhone modelləri sıradakı ümumi azalmanı kompensasiya etmir.
Günel Məlikzadə