Dünyanın "dəvətsiz qonağ"ı: 56 gün sonra..
    • 16-09-2024, 16:00
    • 368

Dünyanın "dəvətsiz qonağ"ı: 56 gün sonra..

Yer yaxınlaşan asteroidin orbitinə çıxmağa hazırlaşır. Orbitdə ilişib qalacaq asteroid qısa müddət ərzində “Mini Ay”a çevrilərək Yerin peykinə çevriləcək.

News24.az xəbər verir ki, planetə yaxınlaşan asteroidlər bəzən atmosferə girmədən uzaqlaşır, bəzən də Yerə çırpılaraq yanır.

Ancaq bəzən onlar planetin orbitində ilişib qalırlar və qısa müddət ərzində Ayı müşayiət edirlər.

NASA tərəfindən maliyyələşdirilən Asteroid Yerə Zərbənin Son Xəbərdarlıq Sistemi (ATLAS) teleskoplarından istifadə edən astronomlar böyük asteroid aşkar ediblər. 2024 PT 5 adlanan asteroid avqustun 7-də kəşf edilib və diametri təxminən 10 metr olub.

Cismin 29 sentyabr - 25 noyabr tarixləri arasında qısa müddət ərzində Yer orbitində qalacağı qənaətinə gəlinib.

Daha sonra Günəşin orbitinə qayıdacaq asteroid Günəş sistemindəki səyahətinə davam edəcək.

Başqa sözlə, Yerin cəmi 56,6 gün ərzində iki peyki olacaq.

Bununla belə, bəzi alimlər 2024 PT5-in mini peyk olmadığı qənaətindədirlər. 

Həmçinin asteroidin zərbədən qopmuş Ay parçası ola biləcəyi də irəli sürülür, lakin bu fərziyyə qəti şəkildə təsdiqlənməmişdir.

Günel Məlikzadə