Bütün dünya bu videodan danışır - Uşaqdır, yoxsa yadplanetli? - VİDEO
    • 13-06-2019, 17:09
    • 1 215

Bütün dünya bu videodan danışır - Uşaqdır, yoxsa yadplanetli? - VİDEO

Amerikanın Kolorado ştatında yaşayan Viviyan Qomez adlı qadının evinin qarşısında çəkdiyi görüntülər hər kəsi şoka salıb. 
Videodakı yadplanetlilərə bənzəyən naməlum varlıq ciddi müzakirəyə səbəb olub.


News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Gomez həmin görüntünü “Facebook”da paylaşıb. Sosial şəbəkə istifadəçiləri görüntüdəki varlığı “Harri Porter”dəki Dobbiyə bənzədiblər.

Görüntülərə görə, olduqca arıq, sısqa bir varlıq yolla gedərək avtomobilin arxasınca addımlayır. Kim olduğu təsbit edilməyən bu məxluq uzun əl-qolunu toyuq qanadı kimi yanlara açaraq irəliləyir.

İngiltərənin “Daily Star” qəzetinin xəbərinə görə, bir çoxları görüntüdəki varlığın başına şalvar keçirən uşaq olduğunu iddia ediblər. 
İnternet mütəxəssisləri isə videoya müdaxilə olunmadığı qənaətindədirlər.