Bu xəstəlik uşaqlarda ölüm hallarına görə 3-cü yerdədir
    • 17-09-2024, 19:11
    • 466

Bu xəstəlik uşaqlarda ölüm hallarına görə 3-cü yerdədir

Uşaq Yoluxucu Xəstəlikləri Fundamental elm sahəsi Müəllim Dos. Dr. Soner Sertan Kara, ishalın uşaqlarda ümumi sağlamlıq problemi olduğunu, xüsusilə körpələr və kiçik uşaqlar üçün ciddi risklər daşıdığını bildirib. 

News24.az xəbər verir ki, ishalın diqqətə alınması lazım olduğunu ifadə edən Kara, "Dünyada 1-59 aylıq uşaqlarda ishal ən çox görülən üçüncü ölüm səbəbidir.

İshal adətən ürəkbulanma, qusma, qızdırma, qarın ağrısı, iştahsızlıq və baş ağrısı ilə müşayiət olunur ki, bunun da ən çox görülən səbəbi bağırsaq iltihabıdır. Bu infeksiyalar mikroblar, çirklənmiş qidalar, içməli su və ya gigiyena qaydalarına riayət edilməməsi nəticəsində insandan insana keçir. İshalın ən böyük təhlükəsi maye itkisidir", - deyib.

İshalın qarşısının alınması üçün lazım olan tədbirləri sadalayan Kara, "Təhlükəsiz içməli sudan istifadə, əl yuma və gigiyena qaydalarına riayət etmək, ilk 6 ay yalnız ana südü ilə qidalandırmaq və Rotavirus peyvəndi lazımdır. Nəcisdə qan varsa, uşaq 6 aydan kiçikdirsə və ya xroniki xəstəliyi varsa, mütləq həkimə müraciət etmək lazımdır. İshal qarşısı alına bilən, müalicə olunan xəstəlikdir", - deyərək fikrini yekunlaşdırıb.

Məryəm İlhamqızı

News24.az

Qaynar xətt: 099 270 7777