-
- 17-09-2024, 12:48
- 218
"Bizim bostan"a məxsus yaşıl noxudun içərisindən tarakan çıxdı: Araşdırmalara BAŞLANILDI
"Paytaxtda yerləşən marketlərin birində satılan məhsulun içindən həşərat çıxması ilə bağlı görüntülər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.
"Məsələ mediadan götürülərək Agentliyin 1003 qaynar xəttində qeydə alınıb və araşdırılması üçün müvafiq regional bölməyə göndərilib. Hazırda bu istiqamətdə araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd olunur.
00:48
Paytaxtda yerləşən marketlərin birində satılan məhsulun içindən həşərat çıxıb.
Oxu.Az-ın məlumatına görə, marketdə satılan "Bizim bostan" yaşıl noxudunun içərisində tarakan olub.
Məsələ ilə bağlı müştərinin sosial şəbəkələrdə yayımladığı video geniş müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: