-
- 17-09-2024, 20:15
- 191
Adile Naşit heykəlinin zəngini oğurladılar
Türk kinosunun unudulmaz aktrisalarından Adile Naşitin 'Hababam Sınıfı' filmlərində canlandırdığı 'Hafizə Ana' obrazı ilə eyniləşdirilən heykəlin əlindəki məktəb zəngi şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən oğurlanıb.
News24.az xəbər verir ki, Avcılar Bələdiyyə Başçısı Utku Caner Çaykara Mərkəz məhəlləsindəki heykəlin üzərindəki zəngin yenisi ilə dəyişdirilməsini istəyib. Usta tərəfindən hazırlanmış məktəb zəngini Avcılardakı heykəlin əlinə qoyulub.
Qeyd edək ki, heykəlin üzərinə yeni zəngi quraşdırılıb.
Günel Məlikzadə
News24.az
Qaynar xətt: 099 270 7777