-
- 17-09-2024, 20:25
- 191
Türkiyədə sel və torpaq sürüşməsi: Yol çökdü
Türkiyə - Artvində dünən axşam saatlarında başlayan leysan həyata mənfi təsir edib.
News24.az xəbər verir ki, küçə və prospektlər yağış suları ilə dolduğundan sürücülər və piyadalar çətin anlar yaşayıb.
Rayon mərkəzindən keçən Qapısrə axınında suyun səviyyəsinin artması ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri görülüb.
Daşqın və torpaq sürüşmələri səbəbindən ümumilikdə 32 kənd yolu nəqliyyata bağlanıb. Yolların açılması üçün bələdiyyə qrupları tərəfindən iş başladılıb.
Leysan yağışının təsirinə məruz qalan kəndlərə və yaylalara çıxışı təmin edən asfalt yolun bir hissəsində çökmə olub.
Günel Məlikzadə
News24.az
Qaynar xətt: 099 270 7777