-
- 17-09-2024, 20:35
- 361
Pandemiyanı bilən, yaşayan Nostradamusdan yeni PROQNOZLAR
37 yaşlı braziliyalı parapsixoloq Athos Salome, koronavirus epidemiyası, Kraliça II Elizabetin ölümünü və asteroidlərin Yerə doğru getməsini proqnozlaşdırdığı üçün onu tez-tez bir medyum adlandırırlar.
News24.az xəbər verir ki, 2024-cü il üçün proqnozlarından 4-nün gerçəkləşdiyini bildirən Salome proqnozlarına yenisini əlavə edib.
O, bildirib ki, süni intellekt son illərdə əhəmiyyətli irəliləyiş əldə edib və cəmiyyətin müxtəlif sahələrini yenidən müəyyənləşdirmək təhlükəsi yaradır.
Süni intellektin nəzarətdən çıxa biləcəyi və insan anlayışından kənar hərəkətlər edə biləcəyi barədə xəbərdarlıq edən Salome, "Heç bir şey edilməzsə, süni intellekt insan nəzarətindən kənara çıxacaq və təhlükəli mərhələyə keçəcək" deyib.
Salome qeyd edib ki, Yaponiyanın 2023-cü ildə əsası qoyulan Sakana adlı süni intellekt məhsulu yeni təhlükənin nümunəsidir.
O, Sakananın elmi tədqiqatları avtonom şəkildə aparmaq üçün yaradıldığını, lakin tədqiqat zamanı həyəcan verici davranışlar sərgilədiyini bildirib. "AI proqramlaşdırılmasa da, problemin həlli vaxtını artırmaq üçün öz kodunu dəyişdirdi və məhdudiyyətlərdən yan keçdi" dedi.
Salome, süni intellektin sərhədlərinin və nəzarətinin dəqiq müəyyən edilməli olduğunu vurğulayaraq, “Əks halda, süni intellektin etik cəhətdən şübhə doğuran müstəqilliklə işləyə biləcəyi vəziyyətlərə sürüklənəcəyik” dedi.
Digər tərəfdən Salome təbii fəlakətlərin artacağı ilə bağlı xəbərdarlıq da edib. Tayfunlar, qasırğalar, meşə yanğınları və vulkanik fəaliyyət kimi təbii fəlakətlər 2024-cü ildə daha da artacaq.
Günel Məlikzadə
News24.az
Qaynar xətt: 099 270 7777