-
- 17-09-2024, 23:25
- 334
Güclü yağış Avropanın 4 ölkəsini vurdu: 18 nəfər ölüb
Avropada təxminən bir həftədir davam edən leysan yağışlar və daşqınlar nəticəsində dörd ölkədə ölənlərin sayı ən az 18-ə yüksəlib.
News24.az xəbər verir ki, Çexiyada çaylar daşıb, Slovakiya və Macarıstanda isə Dunay çayında suyun səviyyəsi artıb.
Polşa yağış və daşqınlardan ən çox zərər çəkən Çexiya ilə sərhəd bölgəsində "fəlakət vəziyyəti" elan edib və daşqınlardan zərər çəkənlərə 1 milyon Zloti (260 milyon dollar) yardım ediləcəyini açıqlayıb.
Reuters xəbər agentliyinin məlumatına görə, Polşanın cənubundakı 40 min əhalisi olan Nysa şəhərində könüllülər dağılmış bəndin bərpası üçün xilasetmə qrupları ilə birlikdə əraziyə qum torbaları yerləşdiriblər.
Polşanın 600 min əhalisi olan Vroslav şəhəri də Odra (Oder) çayı boyunca suyun səviyyəsinin pik həddə çatmasını gözləyir. Şəhərdəki zoopark könüllülərdən obyekti qorumaq üçün qum torbalarının yerləşdirilməsi üçün kömək istəyib. Heyvanların seldən zərər çəkmiş ərazilərdən uzaq saxlanıldığı açıqlanıb.
Qeyd edək ki, güclü yağış və daşqınlar nəticəsində Rumıniyada 7, Polşada 4, Avstriyada 4, Çexiyada 3 nəfər həlak olub.
Çexiyanın baş naziri Petr Fiala 13 mindən çox insanın təxliyə edildiyini açıqlayıb. Bildirilib ki, Çexiya-Polşa sərhədində on minlərlə ev təsərrüfatları hələ də işıqsız qalıb.
Məryəm İlhamqızı