-
- 17-09-2024, 22:25
- 301
5 yaşlı uşağın gözünə bıçaq BATDI
Bursadakı hadisə İnegöl mahalının Sinanbey rayonunda baş verib.
News24.az xəbər verir ki, əldə edilən məlumata görə, 5 yaşlı Emsal Y. əlindəki bıçaqla evdə oynamağa başlayıb.
Onun yellədiyi bıçaq birdən gözünə dəyib. Yaralı uşaq hadisə yerinə sövq edilən 112 Təcili Xidmət qrupları tərəfindən İnegöl Dövlət Xəstəxanasına aparılıb.
İlkin tibbi yardım alan uşaq şəxsi avtomobillə Uludağ Universitetinin Tibb Fakültəsinə aparılıb.
Hadisə ilə əlaqədar polis qruplarının araşdırması davam edir.
Məryəm İlhamqızı