Qəzzada ölənlərin sayı 41 mini keçdi
    • 17-09-2024, 22:05
    • 272

Qəzzada ölənlərin sayı 41 mini keçdi

Qəzzada Səhiyyə Nazirliyindən Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “3 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 26 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 252-yə, yaralıların sayının isə 95 min 497-yə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Günel Məlikzadə