Azərbaycanda Su BAHALAŞIR? -  AÇIQLAMA
    • 17-09-2024, 17:22
    • 569

Azərbaycanda Su BAHALAŞIR? - AÇIQLAMA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli suyun tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

News24.az bildirir ki, bu barədə Minval.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, istehlak olunan suyun qiymətində dəyişikliklə bağlı söhbətlər əsassız şayiələrdən doğur.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri ölkədə iqlim dəyişikliyi ilə bağlı gözlənilən şirin su qıtlığıyla əlaqədar xəbərlər fonunda suyun qiymətinin artırılması imkanlarını qızğın müzakirə edirlər. 

News24.az

Qaynar xətt: 099 270 7777