Sefodan Reymen ETİRAFI - BU SƏBƏBƏ GÖRƏ...
    • Dünən, 22:13
    • 67

Sefodan Reymen ETİRAFI - BU SƏBƏBƏ GÖRƏ...

Sefo və Reynmen son zamanların ən çox dinlənilən repçilərindəndir. Birlikdə duet də yazan ikilinin araları dəyib.

News24.az xəbər verir ki, YouTube-da yayımlanan Ebo Show proqramına qatılan Sefo Reynmenlə aralarında yaranan böhranın səbəbini bu sözlərlə açıqlayıb:

"Özümü dost kimi hiss etdim. Mən də bu hissi ondan aldım. Ona görə də heç vaxt puldan danışmamışıq. Mahnı mənimdir. Sözləri yazdım, aranjimanı etdim, klip çəkdirdim və bütün pulu ödədim. Sadəcə olaraq onun şirkətindən mahnı buraxdıq, mahnı çıxdı, 3-5 aydan sonra bir az pul aldım, sonra yenidən konsertlərə getdik”.

"Yeni mahnımız yoxdur?" mesajını göndərəndə öz-özümə dedim ki, lənət olsun, 7-8 aydır pul ala bilmirəm. Mən dedim ki, buna cavab verməyəcəyəm. Cavab versəm, dalaşacağıq. Ondan sonra danışmadıq”.

Məryəm İlhamqızı