-
- 17-09-2024, 22:25
- 326
"Agent" Zemfira Ramazanova 3 xarici mənbədən pul alıb
Rusiyanın məşhur tatar əsilli müğənnisi Zemfira Ramazanova müxtəlif vaxtlarda üç fərqli xarici mənbədən maliyyə dəstəyi əldə etməkdə ittiham olunub.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində əks olunub.
Bildirilib ki, sənətçi 2021-2022-ci illər ərzində Böyük Britaniya, Almaniya və İrlandiyadakı kredit təşkilatlarından maliyyələşib.
Qeyd edək ki, Z.Ramazanova Rusiyada “xarici agent” elan edilib.