Bu ödənişlər geri qaytarılacaq - 30 sentyabrdan...
    • Dünən, 23:01
    • 1 543

Bu ödənişlər geri qaytarılacaq - 30 sentyabrdan...


Türkiyənin məşhur rəqəmsal platforması BluTV Azərbaycanca yayımını dayandırır.

News24.az bildirir ki, olay-ın məlumatına görə, bununla bağlı platformadan yerli istifadəçilərə bildiriş gəlib.

"Təəssüflə bildiririk ki, BluTV xidməti və BluTV tətbiqi proqramı 30 sentyabr 2024-cü il tarixində bağlanacaq.

Abunəliyiniz başa çatacaq və siz 30 sentyabr 2024-cü il tarixindən etibarən BluTV və tətbiqi proqramına BluTV xidmətinə daxil ola bilməyəcəksiniz.

Sizdən 30 avqust 2024-cü il tarixindən etibarən abunə ödənişləri üçün ödəniş tutulmayacaq. 30 sentyabr 2024-cü il tarixində hələ də BluTV xidmətinə davam edən abunəliyiniz varsa, bu tarixdən sonra xidmətə giriş üçün ödədiyiniz məbləğlərin geri qaytarılmasını təşkil edəcəyik", - deyə, informasiya verilib.

Platformanın Azərbaycanda hansı səbəbdən bağlanması barədə isə məlumat verilməyib.