-
- 18-09-2024, 12:50
- 261
İrəvanda qızğın hazırlıq: “Naxçıvana yol açılarkən, Paşinyan...”
Bölgədə Ermənistan-Azərbaycan münasibətləri və Naxçıvana yol məsələsi fəal müzakirə olunarkən Baş nazir Nikol Paşinyan aktiv partiyadaxili fəaliyyətlə məşğuldur.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Hraparak” Ermənistanın rəhbərinin 2026-cı ildə keçiriləcək növbəti seçkilərə hazırlaşdığını yazır.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasında yeni format yaradılıb. Deputatlar, qubernatorlar və partiyanın əsas üzvlərindən ibarət ərazi şuraları ayda bir dəfə toplaşmalı, həm partiya və vilayətlərin problemləri, həm də sakinləri narahat edən məsələlər birgə iş nəticəsində həll edilməlidir. Partiya üzvlərinin fikrincə, bu format yaxınlaşma və daha sıx əməkdaşlıq imkanı yaradacaq”, - məqalədə deyilir.
Nəşr bunun Paşinyanın seçki hazırlığının bir hissəsi olduğunu bildirir.