-
- 18-09-2024, 13:40
- 207
KTMT Ermənistana təhdiddir - Nikol son nöqtəni qoydu
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suvrenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, KTMT-nin təhlükəsizlik arxitekturasının Ermənistan üçün səmərəsizliyi ortaya çıxıb.
“Biz təşkilata üzvlüyümüzü dondurmuşuq və Ermənistanın təşkilata qayıdıb-qayıtmaması ilə bağlı çoxlu müzakirələr gedir. Mən bildirmişəm ki, KTMT-dəki fəaliyyətimizi yalnız o halda bərpa edəcəyik ki, suallarımıza konkret cavablar verilsin.
Bu açıqlamadan düz iki il keçdi, nəinki cavab verildi, verilməyəcəyi də açıq-aşkar görünür. Cavablar nə qədər yoxdursa, Ermənistan da təşkilatdan o qədər çıxır. Belə bir ifadə var: “dönüşü olmayan nöqtə”. Biz o nöqtəni keçməmişik və vəziyyət belə davam edir, lakin o nöqtəni keçməyimiz üçün şans var. Buna görə heç kim bizi günahlandıra bilməz”, - Nikol bildirib.