-
- 18-09-2024, 14:15
- 440
"İnflyasiya gələn il 2% hədəfinə çatacaq" - Bank sədri AÇIQLADI
Avropa Mərkəzi Bankının (AMB/ECB) İdarə Heyətinin üzvü, Fransa Bankının da sədri Fransua Villeroy de Galhau bildirib ki, inflyasiya gələn il daimi olaraq 2 faiz hədəfinə çatacağı üçün Avropa Mərkəzi Bankı faiz dərəcələrini azaltmağa davam etməlidir.
News24.az xəbər verir ki, o deyib ki, yaxın aylarda inflyasiya məlumatlarında müəyyən dalğalanmalar olsa da, inflyasiya üzərində qələbə “göz önündədir”.
Villeroy, səlahiyyətliləri pul siyasətini tədricən yumşaltmağa davam etməyə çağırıb, ancaq gələcək hərəkətlərin vaxtı ilə bağlı heç bir göstəriş vermədi:
"Biz faiz dərəcələrini iki dəfə aşağı saldıq və bunu davam etdirməliyik".
Villeroyi avrozonanın 20 ölkəsinin iqtisadiyyatı sürətini itirdiyi üçün inflyasiya hədəfindən həm yuxarı, həm də aşağı düşmə riskləri barədə xəbərdarlıq edib.
Onu da qeyd edək ki, Fransa Bankı elektrik enerjisi qiymətlərinin düşməsi səbəbindən 2025-ci il üçün inflyasiya proqnozunu 1,7 faizdən 1,5 faizə endirib.
Keçən həftə ECB inflyasiyanın 2 faizə düşməsi və iqtisadi canlanma ilə bağlı narahatlıqlar səbəbindən bu il ikinci dəfə faiz dərəcələrini endirib. Depozit faizləri gözləntilərə uyğun olaraq 25 bənd azalaraq 3,5 faizə endirilib.
Günel Məlikzadə
News24.az