-
- 18-09-2024, 14:26
- 185
Türkiyədə casus əməliyyatı: Yaşayış binasında silahlar..
İstanbul Polisi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları Beylikdüzündə bir yaşauış binasının dayanacağında çoxlu sayda silah və güllə tapıldıqdan sonra genişmiqyaslı araşdırma başlatdı.
News24.az xəbər verir ki, araşdırmalar zamanı sözügedən silahların beynəlxalq casusluq fəaliyyəti həyata keçirən şəxslərə aid olduğu müəyyən edilib.
2-si türk olmaqla 8 şübhəlinin izinə düşən polis casuslara qarşı əməliyyat təşkil edib.
Əməliyyat zamanı 8 şübhəli saxlanılıb. Tutulan şübhəlilərin Türkiyədə kəşfiyyat məlumatı toplamaq istəyən istənilən ölkə ilə pul qarşılığında müqavilə bağladıqları və bu ölkələrin istəkləri istiqamətində Türkiyədə casusluq etdikləri öyrənilib.
Şübhəlilərin ünvanlarında və istifadə etdikləri avtomobillərdə aparılan axtarışlar zamanı 24 ədəd tapança, 164 ədəd patron, 1 ədəd saxta nömrə və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən 8 şübhəli həbs olunub.
Günel Məlikzadə
News24.az