-
- 18-09-2024, 14:49
- 221
Ürəyi 40 dəqiqəlik dayansa da, sağ qaldı
Cənubi Koreyalı müəllim ildırım vurması və ürəyinin yarım saatdan çox dayanmasına rəğmən sağ qalıb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Kvancu şəhərində baş verib. Dərslərdən sonra müəllim nahara gedərkən yolda ağacın yanında onu ildırım vurub.
Bir müddət sonra müəllimi tapanlar həkim çağırıblar. O, xəstəxanaya gətiriləndə ürəyi təxminən 40 dəqiqə döyünməyib. Tipik olaraq, ürək döyüntü dayanandan beş dəqiqə sonra beyin zədələnməsi riski artır.
"Uzun müddətli ürək dayanması səbəbindən ürəyi və ağciyərləri çox pis vəziyyətdə olduğundan, biz onun şansının demək olar ki, olmadığını düşünürdük" deyə həkimlər bildiriblər.
Ürəyinin uzun müddət döyünməməsinə baxmayaraq, xəstə özünə gəlib və on gündən sonra artıq sərbəst nəfəs ala bilib.
Müəllim həkimlərə təşəkkür edib və bir neçə gün sonra tibb işçilərinə dəstək olmaq üçün on milyon von (təxminən 12 min 685 manat) bağışlayıb.