-
- 18-09-2024, 20:55
- 248
18 ayda dünyanın hər ölkəsinə getdi - Görün nələr DANIŞDI
Amerikalı səyyah İndi Nelson dünyanın hər bir ölkəsinə səfər edərək 170 aviaşirkətin xidmətlərindən istifadə edib. O, bu addımı ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Dünya üzrə 18 aylıq səyahəti 2017-ci ildə, İndinin cəmi 22 yaşı olanda başlayıb. Nelson dünyanın hər ölkəsini ziyarət etmək fikrini “sərin ölkə” adlandırdığı Şimali Koreyaya səfərindən sonra alıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, arzusunu reallaşdırmaq üçün Nelson 80 min dollar kredit götürərək yola düşüb.
Onun səyahəti həm turistik yerləri, həm də aktiv döyüş bölgələrini ziyarət etməklə macəralarla dolu idi. O, İran, Liviya, Papua-Yeni Qvineya və Rusiyada casusluqda şübhəli bilinərək dörd dəfə saxlanılıb. Onu ən çox zəngin mədəni irsi və mehriban yerli insanları ilə Kamboca heyran edib. Lakin onun ən çox bəyəndiyi Afrikanın cənub-şərq sahillərində yerləşən Komor adaları idi.
Nelson bildirib ki, bu cür səfərlər insanın dünyagörüşünü və şəxsiyyətini dəyişir, onları rahatlıq zonasından çıxmağa həvəsləndirir. O, dünya haqqında təsəvvürünüzü həqiqətən dəyişmək üçün Hindistan, Kamboca və ya Mərkəzi Asiya kimi ölkələrə uzunmüddətli səfərlər etməyi tövsiyə edir. Başlanğıcda Nelson dünya rekordu vurmağı planlaşdırmırdı, nailiyyətini yalnız ABŞ-a qayıtdıqdan sonra öyrənib.